• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 15.11.2021 20:33

Gənc zabitlərlə təlim-metodiki toplantı keçirilib

KepezTV Player

Əlahiddə Ümumqoşun Orduda keçirilən təlim-metodiki toplantıya Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirən, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən gənc zabitlər cəlb edilib.Nəzəri dərslərdə əsas diqqət şəxsi heyətin psixoloji hazırlığına və 44 günlük Vətən müharibəsində düşmənlə informasiya qarşıdurması zamanı qazanılan nəticələrə yönəldilib.Toplantıya cəlb edilmiş zabitlərdən ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar götürülüb, zabitlərin fiziki dözümlülüyü yoxlanılıb.