• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 09.11.2021 19:40

Böyük Qələbə uşaqların gözü ilə

KepezTV Player

8 Noyabr Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edir.Gəncə Molda da bu bayram xüsusi qeyd edilib. Daha ərtaflı əməkdaşımız Nərgiz Əhmədqızının hazırladığı videomaterialda.

Qarabağın işğaldan azad olunmasının ilk ildönümü münasibətilə Gəncə Mall-da “Böyük Qələbə uşaqların gözü ilə” adlı sərgi təşkil olunub. 8-13 yaş arası uşaqların mövzu ilə bağlı rəsmlərini nümayiş etdiriblər. Məqsəd uşaqlara vətənpərvərlik ruhunun və Zəfər Gününün xalqımız üçün önəminin aşılanmasıdır. Şagirdlərin bir-birindən maraqlı əl işləri ziyarətçilər tərəfindən də maraqla qarşılanıb.

Məktəblilər Zəfər mövzusunda şeirlər deyib və mahnılar səsləndiriblər. Onu da qeyd edək ki, şeir deyənlər sırasında şəhid övları da yer alıb. Təbdirin sonunda balacalara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub və canını, qanını vətən yolunda fəda edənlərin plakatları nümayiş olunub.

Bu günlərdə Ganja Mall -da səsləndirilən vətənpərvərlik musiqiləri və ziyarətçilərə Qarabağ haqda təqdim edilən broşurlar ticarət mərkəzində Zəfər abu-havası yaradıb.“Böyük Qələbə uşaqların gözü ilə” sərgisi 10 noyabr tarixlərinədək davam edəcək.

Nərgiz Əhmədqızı