• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 852
— 07.11.2021 20:43

Sərgi-yarmarka təşkil olunub

KepezTV Player

Gəncəsənət - Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası təşkil olunub. Sərgi-yarmarkanın həyata keçirilməsinin əsas məqsədi vaxtilə Gəncədə, eləcə də ətraf bölgələrdə mövcud olan, bugünkü dövrə gəlib çatmayan və ya çox az sayda sənətkar tərəfindən qorunub saxlanan bir sıra sənət ənənələrinin dirçəldilməsi və yaşadılmasıdır. Hər ay keçirilən və sənətkarların qatıldığı yarmarkada Gəncə şəhəri və Qərb regionunda yaşayan sənətkarlara, rəssamlara aid bir çox növdə sənətkarlıq və rəngkarlıq nümunələri, həvəskar şəkildə yaradıcılıqla məşğul olan şəxslərin müxtəlif janrlarda əl işi nümunələri təqdim olunub. Sərgi-yarmarka alıcılarla sənətkarlar arasında körpülərin salınmasına, yaradıcılıqla məşğul olanlar arasında inkişaf yönümlü dialoqun qurulmasına, eləcə də şəhərin mədəni həyatının canlandırılmasına xidmət edir.