• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 05.11.2021 20:34

İran-Azərbaycan münasibətləri müsbət məcrada inkişaf edəcək

KepezTV Player

“Son aylar Azərbaycan-İran münasibətlərində bəzi ziddiyyətli məqamlarla bağlı suallar ortaya çıxır. Hər iki tərəfdən bununla bağlı fikirlər səsləndirilib. Biz məsələlərə real baxmalıyıq”. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Bildirib ki, istənilən iki ölkə arasında, hətta digər qonşu ölkələrlə də fikir ayrılığı ola bilər.Hesab edirəm ki, müsbət addımlar atılıb və bundan sonra da atılacaq. Əminəm ki, İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi müsbət məcrada inkişaf edəcək. Bizi iki yaxın qonşu ölkə olaraq birləşdirən bağlar var. Biz birlikdə xalqlarımızın, dövlətimizin rifahı üçün layihələr icra edə bilərik deyə nazir bildirib. Ceyhun Bayramov müharibə zamanı Azərbaycanın humanist davranışlarından da bəhs edib.