• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1028
— 28.10.2021 12:29

Karantin qaydalarını pozanlar məsuliyyətə cəlb ediliblər

KepezTV Player

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları ictimai nəqliyyatda sürücülərin COVİD-19 pasportunun olub-olmaması, tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər. Sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, maskalardan istifadənin vacibliyi barədə tövsiyələr verilib. Qaydalara əməl etməyən 14 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.

Rayon ərazisindəki market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu yerlərdə də nəzarət-profilaktiki təbirlər keçirilib. COVİD-19 pasportu tələb olununan məkanlarda müştəri və işçi personallarının vaksinasiya olub-olunamasını yoxlanılıb. Qaydaları pozan 10-a yaxın şəxs barəsində protokol tərtib edilib və onlar cərimə olunublar.Monitorinq şadlıq evlərində davam etdirilib. İşçi personalın və mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportunun olub-olmaması yoxlanılıb. COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.