KepezTV Player
Azərbaycan Hərbi Akademiyasının Hərbi Dənizçilik fakültəsini bitirən zabitlər 27 sentyabr - 22 oktyabr 2021-ci il tarixlərində Türkiyədə keçirilən Hərbi Dəniz Qüvvələrinin freqatlarında hərbi dəniz təcrübə kursunu başa vurublar.Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.
- Baxış: 273