• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 21.10.2021 19:07

Kəlbəcər və Laçın rayonlarında hərbi hissələrin qışa hazırlığı yoxlanılıb

KepezTV Player

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində dislokasiya olunan hərbi hissələrin qışa hazırlığını yoxlayıb. Müdafiə nazirinə məruzə olunub ki, hərbi hissələrdə yataqxana və xidməti otaqlar fasiləsiz istilik sistemi ilə təmin edilib, silah və texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub. Hərbi qulluqçuların ərzaq və isti geyimlə təminatı normaya uyğun şəkildə icra edilib. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb. Müdafiə naziri Azərbaycan Ordusunda şəxsi heyətin təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, yaşayış məntəqələrinin inşa edilməsi üzrə görülən işlərin sürətləndirilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitinin daim  yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.