• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 13.10.2021 12:07

Özlərini bank əməkdaşları kimi təqdim edib vətəndaşların kart məlumatlarını ələ keçirdlər

KepezTV Player

Son günlər Daxili İşlər Nazirliyinə vətəndaşlardan bank kartlarından pul oğurlanması, həmçinin “Whatsapp”la onlara bankların adından müraciətlərin və zənglərin edildiyi barədə şikayətlər daxil olub. Vətəndaşlardan guya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə kart məlumatlarının onlara göndərilməsini tələb ediblər. Məlumatları göndərən kart sahiblərinin isə sonradan hesablarından pullar onlayn yolla oğurlanıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı kibercinayətləri törədən mütəşəkkil dəstənin başçısı Cahad Hüseynov, onun qardaşı Nicat, qohumu Fərman Hüseynzadə, eləcə də  Xanna Əliyeva və Dilşad İsmayılova saxlanılıblar. Evlərinə baxış zamanı çoxlu sayda elektron sübutlar, vətəndaşlara göndərdikləri hazır mətn formaları, səs yazıları aşkarlanıb. Dəstə üzvlərinin istifadə etdikləri mobil telefon nömrələrinin heç biri onların öz adlarına olmayıb. Araşdırmalar davam etdirilir. Daxili İşlər Nazirliyi vətəndaşlara bildirir ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanmadıqları şəxslərə göndərməsinlər. Bu cür hallarla üzləşdikdə isə polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə dərhal məlumat versinlər.