• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 11.10.2021 09:43

Ermənistanın dinc sakinləri qətlə yetirməsinə beynəlxalq hüquqi qiymət verilməyib

KepezTV Player

Ermənistanın dinc sakinləri qətlə yetirməsinə hələ də beynəlxalq hüquqi qiymət verilməyib.

Bu barədə Ombudsman Səbinə Əliyevanın Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı bəyanatında deyilir. Bildirilir ki, Beynəlxalq təşkilatlara ünvanlanan etiraz bəyanatlarında və faktaraşdırıcı missiya hesabatlarında təkzibolunmaz sübutlar əks olunub. Buna baxmayaraq, hərbi əməliyyatlar zamanı törədilmiş bu kimi insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməyib. Beynəlxalq humanitar hüquququn norma və prinsiplərinin Ermənistan tərəfindən kobud şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymətin verilməsinə və bu cinayət əməllərinə görə məsuliyyət daşıyan Ermənistan hərbi-siyasi rəhbərliyinə qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırıram - deyə bəyanatda qeyd olunub.