• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1312
— 08.10.2021 12:38

İqlim dəyişikliyi probleminin həlli müzakirə olunub

KepezTV Player

Gəncədə İqlim dəyişikliyi probleminə həsr olunan konfrans keçirilib. Böyük Birataniyanın ölkəmizdəki səfiri Ceyms Şarp, Britaniya Şurasının ölkə ofisinin rəhbəri Frensis Qardener-Trexo, eləcədə ali və orta məktəb müəllimləri, tələbə və şagirdlərin iştirak etdikləri tədbirdə son dövrlər ciddi iqlim dəyişikliklərinin baş verdiyi və bunun bütün dünyanı narahat edən qlobal problemə çevrildiyi vurğulanıb. Məsələnin həlli yollarının araşdırılması vacib şərt kimi qeyd edilib. Diqqətə çatdırılıb ki, bu cür konfranslarda gələcək birgə addımlar müzakirə edilir, gəlinən nəticələr beynəlxəlq qurumlara göndərilir.

Ceyms Şarp  Böyük Britaniyanın Azərbaycandakı səfiri: Yaxın həftələrdə Böyük Birtaniyada BMT-nin ən böyük iqlim dəyişikliyi sammiti keçiriləcək. Bu tədbirlərin məqsədi iqlim dəyişikliyi haqqında məlumatlılığı artırmaqdır. Azərbaycanda da iqlim məsələlərindən xəbərdardırlar. Xüsusən yağıntıların azalması ilə bağlı baş verən problemlər iqlim dəyişikliyinin nə qədər təhlükəli məsələ olduğunundan xəbər verir. Bu problemin həllində hər kəsin, xüsusilə gənclərin böyük rolu olmalıdır. Böyük Birtaniya da bir ölkə kimi bu məsələdə öz rolunu oynamağa davam edir.Düşünürük ki, həmçinin Azərbaycan bu sahədə öz addımlarını atacaq.