• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1079
— 06.10.2021 17:15

Antisanitar şəraitdə işləyən çörək sexi bağlanıb

KepezTV Player

Qənnadı sexində mənşəyi məlum olmayan maddələr aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, N. Nərimanov prospekti 360 ünvanında fəaliyyət göstərən, Xatirə Ələsgərovaya məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.

Müəssisədə istehsal prosesində istifadə olunan avadanlıqların vaxtlı-vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Daha bir yoxlama şəhərin Dədə Qorqud küçəsində yerləşən qənnadı müəssisəsində baş tutub. Ruhiyyə Quliyevaya məxsus sexin antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub. İstehsal edilən marmeladlar üçün mənşəyi məlum olmayan dadlandırıcı və rənglərdən,qida sahəsi üçün nəzərdə tutulmayan məişət vannalarından istifadə edilib. Ümulikdə sexdə 500 kq-a yaxın marmelad, 1,5 ton qənd olub.