• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2053
— 06.10.2021 17:02

Mərkəzi Komanda Məntəqəsi və Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti təkmilləşdirilir

KepezTV Player

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində, o cümlədən Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsi Mərkəzi Rabitə Qovşağının Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub. Ən yeni texnoloji avadanlıqla təchiz edilmiş Mərkəzi Komanda Məntəqəsi qarşıya qoyulan döyüş tapşırıqlarının operativ icrasını təmin edir. Vətən müharibəsi dövründə komanda məntəqəsindən döyüşlərin fasiləsiz idarə olunması və ordu aviasiyasının döyüş tapşırıqlarının uğurlu icrasına nəzarət həyata keçirilib. Bu da döyüş əməliyyatları boyunca düşmən üzərində hava üstünlüyünün saxlanılmasını təmin edib. Peyk Rabitəsi İdarəetmə Mərkəzin təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən “Azərkosmos” peyki üzərindən fəaliyyət göstərir.