• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 04.10.2021 12:23

Ötən ilin bu günü Gəncəyə ilk hücum olub

KepezTV Player

44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməsindən bir il ötür. İşğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, müvafiq Konvensiyaları pozaraq dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini raket atəşinə tutub. Məhz ötən ilin bu günü, oktyabrın 4-də şəhərə ilk hücum faktı qeydə alınıb. Səhər saatlarında ermənilərin atdığı raketlər sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Baş vermiş terror aktı 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib. Gəncə həmçinin 5, 8, 11 və 17 oktyabr tarixlərində də raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ermənistanın Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, tarixi tikililərə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan görüb.