• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1840
— 01.10.2021 12:27

Nizaminin 880 illiyi ilə bağlı konsert

KepezTV Player

Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri orkestri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş maraqlı konsert proqramı təqdim edib. Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operettasından bir parça, Xalq artisti Sevinc İbrahimovanın ifasında  “Gülüm”, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın ifasında “Sevgili canan”, “Gəncəm”, Əməkdar artist Kəmalə Tağızadənin ifasında “Anam Azərbaycan”, eləcə də filarmoniyanın solistlərinin ifasında “Arşın mal alan” operettasından Gülcöhrənin ariyası, “Ölkəm”, “Vətən nəğməsi”, “Xudayar təsnifi” təqdim edilib. Konsertdə o cümlədən, “Gəncəm” triosunun təqdimatında Nizami Gəncəvinin “Görünür” qəzəlinə yazılan mahnı da səsləndirilib. Konsert “Xəmsə” uşaq rəqs ansamblının “İgidlər” və “Naz eləmə” rəqsləri ilə davam edib.