• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 01.10.2021 12:22

Azərbaycanda itkin düşən daha bir hərbçinin meyiti tapılıb

KepezTV Player

"Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimiz var". Baş prokuror Kamran Əliyev bildirib ki, Vətən müharibəsi başa çatdıqdan sonra azad olunmuş ərazilərdən birinci Qarabağ müharibəsində şəhid olan 150-yə yaxın şəxsin meyiti aşkar edilib.

Həmçinin Vətən müharibəsi ilə bağlı 24 erməni beynəlxalq axtarışa verilib. Ermənilərin törətdiyi cinayət hadisələri ilə bağlı ümumilikdə 76 cinayət işi başlanılıb. Onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır. Birinci Qarabağ müharibəsində, eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı axtarışa verilənlər var. Onların da sayı 300-ə yaxındır.