• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2260
— 28.09.2021 12:35

Avtovağzallarda COVID pasportu olmayanlara bilet satışı qadağan ediləcək

KepezTV Player

Oktyabrın 1-dən avtovağzallardan rayonlara və Bakıya səyahət edən sərnişinlərdən COVID-19 pasportu tələb ediləcək.Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatına görə, bununla bağlı bütün avtovağzallara tapşırıq verilib. "Avtovağzallarda və avtobuslarda olan sərnişinlərin COVID-19 pasportunun olub-olmamasını yoxlamaq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətində deyil. Bunun üçün əlaqədar qurumlar var, nəzarəti onlar həyata keçirəcək. Rayonlara getmək istəyən, lakin COVID-19 pasportu olmayan sərnişinlərə bilet satılmayacaq. Əgər əlaqədar qurumların yoxlaması zamanı COVID-19 pasportu olmayan sərnişin aşkarlanarsa, bu barədə müvafiq tədbir görüləcək.