• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2193
— 20.09.2021 19:05

37 min manatlıq oğurluq

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Nizam rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  vətəndaşa məxsus avtobusdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, şəhər sakinləri Qalib İmanov və Müşfiq Məmmədov şəhər ərazisindəki mühafizə olunan dayancaqda saxlanılan avtobusdan ümumi dəyəri 37.430 manat olan müxtəlif ehtiyat hissələri oğurlayıblar. Həmin şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.