• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1174
— 17.09.2021 18:33

Avtoxuliqanlıq edən şəxs polisi yaraladı

KepezTV Player

Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyev idarə etdiyi VAZ-2115 markalı avtomobillə avtoxuliqanlıq edib və onu intizama dəvət edən həmin ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı İslam Qafarlını vurub. Polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Eldəniz Əliyev saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib və rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci və 535-ci maddələri ilə 1 ay müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.