• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 17.09.2021 20:06

Şəhid Xuduş Kazımovun doğum günü qeyd olunub

KepezTV Player

Sıradakı videomaterialımızda torpaq üçün canını fəda edən daha bir igidimizi tanıyacağıq. Ömrünün baharında yurd təəssübünü, vətən sevgisini hər şeydən üstün tutan qəhrəmanın həyat və döyüş yolundan onu sevənlər danışacaq.

Şəhid Xuduş Kazımov. 44 günlük Vətən müharibəsinin 33 yaşlı qəhrəmanı... O, 1988-ci il 8 sentyabrda doğulub.  1995-2004-cü illərdə Gəncə şəhərində M. A. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Gəncə Texniki Kollecində təhsil alıb. Xuduş Kazımov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 

Şəhidin övladları Fatma və Əbdülkərim Vətənə əmanətdir. Bu körpələr ömür boyu ata yanğısıyla böyüyəcəklər. Amma bu yoxluq özü ilə birgə sonsuz qürur, sonsuz fəxr də gətirir bu balalara.

Şəhidin doğum günündə onu məzarı başında anan döyüş yoldaşları da Xuduş Kazımovun şücaətindən ağız dolusu danışdılar.

Gəncənin daha bir şəhidi Amal Əhmədovun anası da ziyarətçilərin arasında idi. O, bu oğulların itkisinin ağır olduğunu, ancaq onların Vətən üçün etdikləri misilsiz qəhrəmanlıqları ilə fəxr duyduğunu dilə gətirdi.

Xuduş Kazımov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi 110 gün sonra tapılıb və yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 

Nərgiz Əhmədqızı