• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 14.09.2021 20:44

Sosial şəbəkələrin gənclərin həyatında rolu

KepezTV Player

Milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunması prioritet vəzifədir. Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır.

Cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar. Bu platformanın səmərəli əks-əlaqə imkanları onu əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də təsir kanalına çevirir.

Vüsal Abbasov sakin: Özüm də sosial şəbəkə istifadəçisiyəm. Düşünürəm ki, sosial şəbəkələrdən insanlar faydalı məqsədlər üçün istifadə etməlidir.Mən əsasən iş elanları falan, vətən müharibəsində qazanılan videoları izləyirəm.İnsanlar da tanımadığı insanlarla ünsiyyət qurmasınlar, əlaqə yaratmasınlar.

Vüsal Səmədli sakin: Sosial şəbəkələrin insanlara, uşaqlara böyük təsiri olur. Müsbət cəhəti odur ki, biz tələbələr öz dərslərimizi koronavirus səbəbilə distant formada, onlayn şəkildə keçirik.Günün təxminən 1-2 saatını sosial şəbəkələrdən istifadə edirəm.1 saatını dərslərimizə ayırırıq.Qalan 1 saat ərzində isə öz aktivliyimizi göstəririk.

Sosial şəbəkələr yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, ailə institutuna, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur. Bu təhlükələrdən qorunmağın yollarını isə mütəxəssislər daha düzgün izah edir.

Sahib İbrahimov İT mütəxəssis: Sosial şəbəkələrdən daha çox gənc nəsil istifadə edir.Bu ən çox ünsiyyəti rahatlaşdırır, əlaqələri əlçatan edir.Gənclər sosial şəbəkələrdən istifadə zamanı kiminlə mesajlaşdıqlarını, izlədiklərini mütəmadi olaraq yeniləməlidirlər. Təhlükəsizliyin iki tərəfli audentifikasiyası deyilən protokolu var.Yəni Siz şifrə yazıb daxil olduqdan sonra telefonunuza mesaj gəlir. Mesaj təsdiqləndikdən sonra daxil olursuz.Bunu məsləhət görürəm ki, bütün sosial şəbəkə istifadəçiləri öz hesablarında tətbiq etsin.

Gənc nəslin vətənpərvərlik, xalqımızın qədim və zəngin tarixinə, milli adət-ənənələrinə, mədəni və mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, onların müasir elmin və təhsilin verdiyi üstünlüklərdən bəhrələnmələri üçün sosial şəbəkələrin böyük əhəmiyyəti var. Ancaq buna düzgün istifadə ilə nail olmaq olar...

Valeh Anaroğlu