• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1041
— 14.09.2021 20:33

Şəhid ailəsi üçün ev tikilir

KepezTV Player

Gəncədə şəhid ailələri daim diqqət mərkəzindədir. Bu yöndə göstərilən sosial dəstək layihələri davam edir. Bu dəfə şəhid Vahid Qurbanovun ailəsinə hədiyyə olunan evin təməlqoyma mərasimi keçirilib. Şəhidin döyüş yolundan söhbət açılıb, vətənə bağlılığından, bayraq sevgisindən danışılıb.19 yaşlı Vahid Qurbanov oktyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Əyyublu kəndində torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda",Füzulinin və Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Nurlana Babayeva şəhidin anası: 3 otaq, 1 zal, 1 sanitar qovşağı təşkil ediblər.Övladımın xəyallarını gerçəkləşdiriblər.Kimin nə əziyyəti keçibsə hamısına təşəkkürümü bildirirəm.Biz burada şəhidlərimizin qazilərimizin səbəbinə yaşayırıq.Allah onları var eləsin. Şəhidlərimizin də yeri cənnət olsun.

Samir Məmmədov təşkilatçı: Mən özüm də Vətən müharibəsinin iştirakçısıyam.Hər zaman şəhid ailələrinin, qazilərimizin yanında durmağı özümüzə borc bilirik.Artıq Gəncə şəhərində üçüncü evdir ki, təməli qoyulur.Şəhidlərimizin, qazilərimizin hər zaman yanında oluruq.Hər zaman şəhid ailələrinə, qazilərimizə əlimizdən gələn dəstəyi əsirgəmirik.