• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 13.09.2021 18:40

Narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni satışının təşkil edilməsi ilə məşğul olan daha bir şəxsin ifşa edilməsi istiqamətində əməliyyat həyata keçirilib. Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini Oqtay Cəfərov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman 7 kiloqram 559 qram narkotik vasitə olan heroin, 2 kiloqram 205 qram psixotrop maddə metamfetamin, həmçinin 110 ədəd güclü təsiredici preqabalin, 170 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Oqtay Cəfərovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb edilib.

O, narkotik vasitələri Cəlilabad rayonu ərazisində qəbul edib. Məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub.

Sonuncu əməliyyat zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 10 kiloqrama yaxın “kola” və “kakos” adlanan narkotik vasitə heroin, “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, eləcə də 280 ədəd metadon və preqabalin həbi qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Oqtay Cəfərov barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan təsdbiri seçilib.