KepezTV Player
Ötən gün saat 23 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində yerli sakinlər –Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalovaya isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 35 yaşlı Sabir Məmmədovun mübahisə zamanı bıçaqla həmkəndlisi 40 yaşlı Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı Müşvik Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Sabir Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
- Baxış: 1323