Bu gün Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi və Peşə təhsil müəssisələrinə sənəd qəbulunun I mərhələsi başa çatır. Bəs, sözügedən təhsil formaları üzrə mövcud müraciətlər hansı səviyyədədir?
Bu gün Peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatır. 66 peşə təhsil müəssisəsində 120 ixtisas olmaqla 21260 yer üzrə aparılan ixtisas seçimi sonrası müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunublar.
Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməsi üçün peşə təhsili müəssisələrində lazımi şərait yaradılıb.
Bu gün həm də Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başa çatır. Qəbul imtahanlarında müsabiqə şərtini ödəyən abituriyentlərin qarşısında “düzgün ixtisas seçmək” kimi əhəmiyyətli bir məsələ durur. Bunun üçün ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzləri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin köməyinə gəlir.
Gəncədə yerləşən ali təhsil müəssisələrində də abituriyentlərə ixtisas seçimi etməkdə yardım göstərilib. Universitetlərdə fəaliyyət göstərən qəbul komissiyaları onlara ünvanlanan müraciətləri cavabsız qoymayıb.
İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə, subbakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Valeh Anaroğlu
- Baxış: 750