• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 16.08.2021 19:49

Qan ver, həyat bəxş et

KepezTV Player

Qan ver, həyat bəxş et. Mərkəzi Qan Bankının Gəncə Bölməsində bu şüar altında Məhərrəm ayı başlıyandan qan vermə aksiyası keçirilir. Təşkil olunan bu xeyirxah aksiyada donorlar fəallıq göstərir.

Mərkəzi Qan Bankının Gəncə Bölməsində qan vermə aksiyasında insanlar könüllü olaraq irsi qan xəstəliyindən əziyyət çəkənlər üçün donor olurlar. Proses davamlı olaraq hər gün aparılır. Qanvermə aksiyasının mütəşəkkil təşkili üçün mərkəzin 6 həkim birqadası ayrılıb

Bundan başqa COVİD 19 xəstəliyi keçirən insanlar, eləcə də peyvənd olunanlar da qan vermə aksiyasında iştirak edə bilərlər. Ancaq xüsusi qaydalara riayət etməklə.

Ümumilikdə isə 18 yaşından 65 yaşına kimi bütün sağlam insanlar qan verə bilər. Kişilərdə ən tez 2 ayda bir, qadınlarda isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər.

Qan vermək təkcə xüsusi günlərdə deyil adi günlərdə də olmalıdır. Çünki sənin verdiyin qan həm özün üçün həm də digər insanlar üçün vacibdir.

Elnur Vahidoğlu