• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1002
— 16.08.2021 19:56

Gəncə terrorunun qurbanları

KepezTV Player

Azərbaycanın ikinci böyük şəhəri Gəncə, bir neçə dəfə ermənilər tərəfindən raket atəşinə məruz qaldı. Terror nəticəsində 4 uşaq hər iki valideynini itirdi. Bu dəfə, Sevil və Hüseynin yanında olub, onların valideynlərindən reportaj hazırlamışıq, gəlin izləyək.

Hüseyn və Sevil müharibənin ən acı tərəfini görən, günahsız çarpayılarında yatanda bir göz qırpımında valideynlərini itirən, atasız anasız qalan balalrdır. Bəlkə buna görədə Hüseyn müharibənin bitməsini, o balaca qəlbi ilə hamıdan çox istəyirdi. 11 oktyabr gecə radələrində, Gəncə mənfur ermənilər tərəfindən növbəti dəfə raket atəşinə məruz qalanda, onların evləri yerlə yeksan olur. Geriyə isə sadəcə Hüseynin oyuncaq arısı qalır.

Sevil və Hüseynin valideynləri - Nurçin Əlizadə 1987-ci il , Anar Əlizadə isə 1982 ci ildə dünyaya gəlmişdilər. Ailə qurub bir yerdə isti ocaq yaratmışdılar. Nurçinin atası Emin bəy hadisəni belə xatırlayır. Hadisə zamanı, Hüseyn Şəmkirdə babası və nənəsinin yanında olub. Sevil isə ata və anası ilə birlikdə. Təsadüf nəticəsində Sevil həyatda qalır. Onu öz sinif yoldaşı, dağıntılar altından çıxardır.

Müharibə vaxtı, Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyən düşmən xaincəsinə, mülki əhaliyə hücum etdi, raket atdı. Çox ailələrin işiğı söndü, çox övladlar valideynsiz qaldı, amma bizim xalq bir an belə olsun geri çəkilməyi düşünmədi. Öz orudusunun ətrafında, dəmir yumruq olub, erməniləri bu torpaqdan iti qovan kimi qovdu. Bütün şəhidlərimizin yerləri, məkanları cənnətdir, buna görədə bizə sadəcə olaraq, Şəhadətiniz mübarək olsun demək düşər...

Nərgiz Əhmədqızı