• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 16.08.2021 16:40

Müəllimlər fərdi layihələri ilə qaliblər sırasındadırlar

KepezTV Player

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrand müsabiqəsinin” nəticələrinə əsasən Gəncə məktəblərindən fərdi katoqoriyalar üzrə layihələr də qaliblər sırasındadır. Müsabiqədə qalib olan 132 layihədən 8-i Gəncənin payına düşür.

Müsabiqəyə “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 230, “Fərdi kateqoriya” üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb. Bu layihələrin tətbiqi  2021-2022-ci tədris ili üçün nəzərdə tutulub.

Qalib olan layihələr şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə, milli adət və ənənələrin təbliğinə yönələn məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsinə, həmçinin azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək istiqamətində tətbiq olunacaq.

Müsbət qərar verilən  layihələrin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 76 rayon və şəhər üzrə məktəb və müəllimlər qalib olublar.

 

Aişə Rzayeva