• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 13.08.2021 19:43

Sahibkar qadınlarla görüş

KepezTV Player

Gəncədə Sahibkar Qadınlar İctimai Birliyinin təşəbbüsü ilə bir araya gələn xanım sahibkarlar gələcək perspektivlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Həm Bakıdan, həm də Gəncədən olan zərif cinsin nümayəndələri ayrı-ayrı fəaliyyət sahələrini təmsil ediblər. 20-yə yaxın sahibkarın qatıldığı görüşdə qarşılıqlı əməkdaşlıqlar müzakirə edilib və Nizami yurdunda hansı sahələr üzrə sahibkarlıqla məşğul olmaq barədə diskusiyalar aparılıb. Tədbirin sonunda 44 günlük Vətən müharibəsi dövründə Gəncədə fəaliyyəti ilə seçilən xanımlar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən medalla təltif olunublar.