Şəmkir rayonunda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. Şəhərin küçə və prospektləri, eləcə də ətraf yaşayış massivlərində hərəkət hissələri xüsusi məhlullarla yuyulub. Yollarla və səkilərlə yanaşı yaşayış binalarının ətrafı və insanların kompakt toplaşdığı ərazilərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinseksiya və dezinfeksiya işləri görülüb.İnfeksiyanın yayılma təhlükəsini nəzərə alaraq Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən həmçinin bank və poçt filialarının qarşısı da dezinfeksiya edilib. Dezinfeksiya tədbirləri təhlükəsizlik qaydalarına riayət edilməklə yerinə yetirilib. Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər, qəsəbə və kəndləri üzrə nümayəndələrə bu istiqamətdə müvafiq göstərişlər verilib.
- Baxış: 1003