• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 07.08.2021 20:18

Sığorta bazarında təklif olunan yeniliklər

COVID-19 pandemiyası bir çox sahədə insanların davranış və düşüncələrində dəyişikliklərə səbəb olmaqdadır. Belə dəyişən sahələrdən və sektorlardan biri, bəlkə birincisi sığorta sektorudur.

Koronavirus pandemiyasının ən çox təsirinin müşahidə olunduğu sahələrdən biri də sığorta sahəsidir. Gözlənilməz risklərlə, itkilərlə, sürprizlərlə qarşılaşan insanların sığortaya yanaşmasında da dəyişikliklər var.

Tural Bayramov sığorta mütəxəssisi: Müəyyən sığorta növlərində azalmalar oldu. Bu sığorta növlərindən biri də, səfər sığortasıdır. Hansı ki, bu sığorta növündən turistlər ən çox istifadə edirlər. Yolların bağlı olması ilə əlaqədar olaraq bu sığorta növündə azalmalar müşahidə olundu. Amma buna baxmayaraq, ümumi sığorta bazarı, istər icbari sığorta növü olsun, istər həyat sığortası növü olsun. Artım müşahidə olunur. Sığorta bazarında 11% artım müşahidə olunur.

Pandemiya dövründə qabaqlayıcı tədbirlər görən sığorta şirkətləri, müştərilərlə münasibətlərdə də yeniliklər ediblər. Artıq müştəri sığorta şirkətlərinə yox, şirkətlər müştərilərə tərəf addımlar atıb.

Elnur Həsənov sığorta mütəxəssisi: Pandemiya dövründə sığorta sektoru qanun çərçivəsində fəaliyyət göstərirdi. Sığorta ofisləri xidmət göstərirdi. Bir çox vətəndaşlar "evdə qal" devizi ilə bağlı olaraq, qadağalara riayət edirdi. Amma nəqliyyat vasitələri icbari sığorta olunmalı idi deyə sığorta olundu. Telefon vasitəsilə əlaqə saxlayırdılar, biz onlara müqavilələri yaşadıqları yerdə çatdırmışıq həmin dövrdə.

Hal-hazırda karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq hərəkətin intensivliyinin təmin olunduğunu nəzərə alsaq, sığorta hadisələrinin artığını görə bilərik. Ancaq sığorta mütəxəssisi bildirir ki, bəzən ödəniş məsələlərində ciddi ziddiyətlər yaşanır.

Elnur Həsənov sığorta mütəxəssisi: 2011-ci ildən müəyyən olunub sığorta haqları. 10 ildir ki, sığorta haqlarına baxılması məsələsi müzakirə olunmur. Buna görə də, sığortaların tənzimlənməsində, ödənişlərlə problem yaranır. Məsələn, bir avtomobilin sığorta haqqı 2011-ci ildə 75 azn təşkil edirdisə, 10 il müddətində buna 40% endirim edilib, sığorta haqqı 60 azn-ə düşüb. Bundan əlavə olaraq da, avtomobilin ehtiyat hissələrində 10 il müddətinə artım olub. Buna görə də, sığorta haqlarına yenidən baxılmalıdır.

Pandemiyanın mövcudluğu, insanların tibbi sığortaya olan marağının artmasına da gətirib çıxarıb.

Elnur Həsənov sığorta mütəxəssisi: Əksər insanlar əvvəlki dövrlə nisbətən sağlamlıqlarına daha qayğı ilə yanaşırlar. Pandemiya dövründə müşahidə olundu ki, insanlar öz səhhətinə qarşı daha da diqqətlə yanaşmağa başladılar. Ona görə də tibbi sığorta ilə bağlı müraciətlər çox oldu. Tibbi sığorta təminatına, bütün xidmətlər yəni, vətəndaşın stasionar, əməliyyat xərcləri, gözlənilməz bədbəxt hadisələrdən baş verə biləcək, təminat daxildir bura.

Hal-hazırda sığorta bazarında müşahidə olunan sabitlik müsbət tendensiyadır. Yeniliklərin tətbiqinin nə dərəcə səmərə verməsi isə sadəcə baş verən sığorta hadisələrinin növlərindən asılıdır.

Valeh Anaroğlu