• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1669
— 07.08.2021 19:55

Şəxsi heyətin ərzaqla təminatı diqqət mərkəzindədir

KepezTV Player

Müdafiə Nazirliyinin rəhbərliyi eləcə də Kəlbəcər və Laçın rayonları ərazisində yeni inşa edilən və əsaslı təmirdən çıxan anbarlara baxış keçirib. Quru ərzaq məhsullarının və əşya əmlakının saxlanılması üçün tələb olunan qurğu və sistemlərlə təchiz edilmiş bir neçə anbar istifadəyə verilib. Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daima yaxşılaşdırılması, eləcə də qışa hazırlıq işinin vaxtında yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.