• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1671
— 06.08.2021 20:33

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlət başçısı meşə yanğınlarının söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu və həmrəyliyini ifadə edib.Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif edib və Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını deyib. Söhbət zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Rəcəb Tayyib Ərdoğana məlumat verib və Azərbaycan Ordusunun təxribatlara layiqli cavab verdiyini vurğulayıb.