• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1561
— 04.08.2021 20:32

GDU-nun məzunu MİQ imtahanında ən yüksək nəticə göstərib

KepezTV Player

Məktəb həmin məktəbdir, müəllimi yenidir. Gələn hər yeni müəllim isə yeni nəfəsdir.  Elə bir nəfəs ki, məktəbin ruhunu, rəngini, simasını dəyişir. Dəyişə bilirlər, çünki onlar seçilənlərdir. Hər biri müəllimlərin  işə  qəbulu  üzrə  müsabiqənin 4 mərhələsindən uğurla keçib “namizəd”likdən müəllimliyə yüksələnlərdir. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə ən yaxşılardan olub oldu, Suqra Həsənova. O, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fənni üzrə imtahanlarda 56 bal toplayaraq maksimum nəticə göstərdi.

Gəncə Dövlət Universitetinin məzunu olan Suqra Həsənova 2017-ci ildə Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbi əla qiymətlərlə bitirib, həmin ildə 580 bal toplayaraq Universitetin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olub. Bu il məzun olan Suqra Həsənova MİQ imtahanında ən yüksək nəticə göstərib.

Suqra Həsənova məzun: 2021-ci ildə GDU-nun Azərbaycan dili Ədəbiyyatı müəlliliyi ixtisasını bitirdim və bu ildə də MİQ imtahanını verdim və 56 bal topladım. Bunun üçün çox əzmlə iradə ilə çalışdım və sonda istədiyimə nail oldum. Azərbaycan dili ədəbiyyat biliyimə güvənirdim kurikulum da hazırlaşdım inanırdım ki, yüksək olacaq. Suallar düzü çox mürəkkəb deyildi, amma qarşılaşmadığım məntiqi və hətta düşündürücü sualllar var idi.

İmtahan haqqında fikirlərini bölüşən Suqra Həsənova bildirir ki, məqsədə çatmaq üçün çalışmaq, öz üzərində işləmək, daim öz ixtisasınla bağlı axtarışda olmaq yüksək nailliyyətlər üçün əsas məsələdir. Bu yolda isə idealı olaraq öz müəllimini nümunə göstərir.

Suqra Həsənova məzun: Demək olar ki, universitetetə girənə kimi elə Azərbaycan dili ədəbiyyt müəlimi olacağımı düşünürdüm. Çünki mənim məktəb vaxtı olan müəlliməm bu yöndə məni o qədər həvəsləndirmişdi, o qədər sitimul vermişdi ki, mən fikirləşdim ki, elə onun yolunu da davam etdirim. Gələcəkdə istəyərəm ki, öz rayonumuzda olan hər hansı bir məktəb xüsusilə də öz bitirdiyim N. Gəncəvi adına indiki F.Salmanov adına məktəb olsa çox sevinərəm. Olmasa da ətrafda başqa bir məktəb olsa da, uşaqlarla işləmək istəyim onları öyrətmə istəyim harda olsa işləməyimə icazə verir. Bu yolda mənə daimi dəstək olan valideynlərimə təşəkkürürmü bildirirəm. Onların mənə böyük dəstəyi olub.

Valideyinlərinin sözlərinə görə Suqra Həsənova hələ uşaqlıqdan bu ixtisasa meyilli olub və imtahanlara da böyük zəhmətlə çalışıb.

Mətanət Həsənova Suqra Həsənovanın anası:Mənim qızım Suqra  uşaqlıqdan bu sənətə yiyələnmək üçün müəllimlərinə baxıb öz dərslərində daha çox çalışmağa başladı. Mənim qızım ali məktəbə getdi daxil oldu 2017 ci ildə . İndi isə hal hazırda imtahanda 56 bal toplayıb. Bu bizim üçün fəxrdir.

Bundan sonra ən uyğun vakant yeri seçib şagirdlərə ana dilimizin və ədəbiyyatımızın mükəmməlliklərini öyrətmək arzusunda olan Suqra Həsənovaya sevilən müəllimlərdən olmağı arzulayırıq.

Aişə Rzayeva