• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 04.08.2021 20:47

Magistral yolunun genişləndirilməsi gələn il yekunlaşacaq

KepezTV Player

Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun 130 km-lik hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir. Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir.

Layihəyə əsasən yolun ümumi eni 27.5 metrdir.Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 83 yeraltı keçid inşa edilir. Zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq müxtəlif süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib. Tikinti işlərinin növbəti il ərzində yekunlaşdırılması planlaşdırılır.