Vətən müharibəsində ağır yaralanan daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Türkiyəyə yola salınan qazilər Atakişiyev Nəriman Qələndər oğlu, Ağayev Mübariz Şahab oğlu, Muradov Tanırverdi Mədəd oğludur. "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. Fond qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. YAŞAT tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond tərəfindən bu günə qədər 123 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 65-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin olunub.
- Baxış: 389