Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.77 kq çəki dərəcəsində yarışan idmançı mükafat uğrunda Ermənistan təmsilçisi Karapet Çalyanla qarşılaşıb. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Hüseynov Azərbaycana olimpiadada 3-cü bürünc medalı qazandırıb. İlk hissədə hesabda geri düşməsinə baxmayaraq, azərbaycanlı pəhləvan əzmkarlıq nümayiş etdirib. Onun qarşısını rəqibin hakim qərarına etirazları da ala bilməyib. Əksinə, epizodun təkrarına baxan ədalət təmsilçiləri rədd qərarı veriblər.Rafiq Hüseynov karyerasında ilk dəfə olimpiya medalı qazanıb. O, əvvəllər iki dəfə 2011 və 2020-ci illərdə Avropa çempionluğu, həmçinin Bakı-2015 I Avropa Oyunlarının və 2019-cu il dünya çempionatının gümüş medalını əldə edib.
- Baxış: 928