• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1437
— 30.07.2021 21:30

"Türkiyə xalqının kədəri bizim kədərimizdir"

KepezTV Player

Birinci vitse-prezident Mehriban Əliyeva özünün instaqram səhifəsində Türkiyədəki meşə yanğınları ilə bağlı paylaşım edib. Paylaşımda "Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!" - deyilir.