KepezTV Player
Ağstafada 5 km uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir. 4-cü texniki dərəcəyə uyğun olaraq yenilənən yol 2 mindən çox əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rahat gediş-gəlişini təmin edəcək. əlmişdir. Hazırda yol boyu asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi aparılır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən görülən işlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.
- Baxış: 442