Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib. Qanunsuz olaraq narkotik maddə əldə saxlamaqda şübhəli bilinən rayonun Dəliməmmədli qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mobil Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan, qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri də aşkarlanıb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 1 kq 180 qram olan narkotik çətənə aşkar olunaraq götürülüb. Maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
- Baxış: 823