• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1649
— 28.07.2021 20:48

Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslər müəyyənləşib

KepezTV Player

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, hava nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşları, həmçinin diplomatik pasport sahibləri, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvlərinin Azərbaycana giriş-çıxışına icazə verilir. Habelə ölkəyə girişinə xüsusi icazə verilmiş şəxslərə münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında mümkündür.