• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 08.07.2021 12:11

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi davam edir

KepezTV Player

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi davam etdirilir. Hazırda yolun ilk 76 kilometrlik hissəsində xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınır və I texniki dərəcəyə uyğun 29,5 metr enində yeni torpaq yatağı inşa edilir. Yolun 20-37-ci kilometrləri arasında əraziyə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri də paralel şəkildə icra olunur.