• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 03.07.2021 12:20

Gəncə məktəblisi respublika müsabiqəsinin qalibi olub

KepezTV Player

Gəncə məktəblisi respublika müsabiqəsində birinci yerə çıxıb. Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbin 8-ci sinif şagirdi Şəbnəm Şirinova Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhər 2 nömrəli Uşaq Gənclər İnkişafı Mərkəzi tərəfindən keçirilən  “Qarabağ uşaqların gözü ilə” onlayn videoçarx müsabiqəsinin qalibi olub. Şəbnəmin müsabiqə üçün hazırladığı videoçarxda qardaşı, 3-cü sinif şagirdi Umud və bacısı 5-ci sinif də oxuyan Aysel də iştirak edib. 3 dəqiqəlik video Daşkəsən rayonunun Xoşbulaq kəndində çəkilib. Çarxda Qarabağın gözəllikləri, milli adətlərimiz, geyimlərimiz nümayiş etdirilib. Şəbnəm Şirinovaya Təhsil Nazirliyi tərəfindən diplom və xatirə hədiyyəsi, bacı və qardaşına isə təşəkkürnamə təqdim edilib.