Azərbaycan ilə Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir. Təlimdən əvvəl Əlahiddə “Bayraktar-TB2” silahlı pilotsuz uçuş aparatının təqdimata hazırlığı barədə raport verilib, uçuşa hazır olan aparata və döyüş raketlərinə, aparatın saxlanma imkanlarına baxış keçirilib. Silahlı pilotsuz uçuş aparatının uçuşa hazırlanması və uçuşu, “Bayraktar-TB2” silahlı pilotsuz uçuş aparatının praktiki uçuşların idarəedilməsi izlənilib, yerüstü nəzarət və idarəetmə stansiyası təqdim olunub. Daha sonra Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahında birgə keçirilən taktiki-xüsusi təliminin praktiki fəaliyyətlərinin icrası izlənilib. Təlimin keçirilməsində məqsəd vahid rabitə sistemi çərçivəsində idarəetmə orqanları arasında qarşılıqlı əlaqəni yaratmaq, müxtəlif vasitələrdən istifadə etməklə informasiya mübadiləsini müxtəlif səviyyəli qərargahlar arasında təmin etmək, silahlanmada olan pilotsuz uçuş aparatlarının və texniki kəşfiyyat vasitələrinin görüntülərinin vahid informasiya şəbəkəsinə inteqrasiyasını təmin etmək, idarəetmə və silah sistemləri arasında qarşılıqlı əlaqənin təşkili üsullarını təkmilləşdirməkdən ibarətdir.
- Baxış: 352