• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1490
— 22.06.2021 12:33

Deyirlər ki, toy olacaq

KepezTV Player

Səbirsizliklə gözlənilən qərar nəhayət ki, verildi. Toy, nişan, ad günlərinin keçirilməsinə tətbiq edilən qadağa artıq aradan qaldırılıb. Toy etmək istiyənlərin daha çox sevincinə səbəb olan bu qərar xüsusi şərtlər altında reallaşacaq.

Şairdə yaxşı deyib xalqımın toy kimi adəti var. Bu gözəl adətinə hörməti var.

Valideynin ən böyük arzusu övladının xeyir işini, toyunu görməkdir. Amma ölkəmizdə koronavirus pandemiyası üzündən 1 ildən artıqdır tətbiq edilən karantin rejimi bunu mümkünsuz etmiş, kütləvi məclislərin keçirilməsinə qadağa tətbiq edilmişdir. Nazirlər Kabinetinin son qərarı isə yenidən el-obadan vağzalı səsini eşitdirəcək.

İyulun 1-dən kütləvi şəkillərin keçirilməsinə verilən icəzə ən çox toy etmək istiyənləri sevindirib. Qərar elan ediləndən dərhal sonra şənlik evlərinə daxil olan çoxsaylı müraciətlər belə deməyə əsas yaradır. Bacısı oğlunun toy gününü təyin etməyə tələsənlər sırasında 70 yaşlı Malik Hüseynov da var.

Malik Hüseynov  sakin: Bacım oğlu 1 ildən artıq idi ki, nişanlıdır. Bu gün rəsmi xəbəri eşidib gəlmişik ki, şənlik evində bacım oğlu üçün toy yeri müəyyənləşdirməyə. Dövlətimizdən razılığımızı bildiririk. Pandemiya qaydalarına uyğun olaraq bütün qərarları nəzərə alacağıq. Hamısını yerinə yetirəcəyik. Vaksinlərimizi vaxtında vurdurmuşuq. Qonaqlarımızdan da xahiş edirik ki, vaksinlərini vurdursunlar. Heç bir problem olmasın.

Sahib Mehdiyev  sakin: Həqiqətən də sevincəyik. Bir oğlum var, istiyərdim ki, onun toyunu görəm. Gəlmişik toy danışığını edək görək nə qərar veririk. Bütün tələblərin hamısına da əməl etməliyik.

Gəncədəki şənlik evlərində də hazırlıq işlərinə başlanılıb.İşçilər zallarda səliqə-səhman yaradır, qabları yerbəyer edilir, masaların dizaynına diqqət yetirirlər. Şübhəsiz ki, mərasimlər də qaydala əməl etmək şərti ilə baş tutacaq.

Rüstəm Bağırov şadlıq evinin inzibatçısı: Artıq bütün hazırlıq işlərinə start vermişik. Bizim heyyətin 80 faizi vaksinasiyadan keçiblər. Restoranın dezinfeksiya işləri yüksək səviyyədə keçibdir. Toy məclisləri keçirilən zamanı bütün heyyət maskadan və ağ əlcəklərdən istifadə olunacaqdır. O cümlədən toy günü şadlıq sarayının bütün zalları da dezinfeksiya işləri olunacaqdır. Dezinfeksiya işləri ayda iki dəfə də mütamadi olaraq keçirilir.

İntiqam Verdiyev  şadlıq evinin inzibatçısı: Bu gün səhər tezdənnən toy eləməklə bağlı müraciətlər olur. Biz də çalışırıq günün tələblərinə uyğun toyumuzu edək. 1 ildən artıq idi ki, toy olmadığı üçün bizdə çalışacağıq ki, yüksək səviyyədə xidmət göstərək.

Nazirlər Kabinetinin qərarına həm toy edən tərəf, həm də şadlıq evləri tərəfindən riayət edilməsinin vacibliyi millət vəkili Müşfiq Cəfərov da önə çəkir.

Müşfiq Cəfərov  millət vəkili: Burada müəyyən qaydalar var ki, beş gün öncədən təşkil edən məkan məlumatları daxil edir yəni toydan neçə nəfərin iştirakını qeyd edir. O cümlədən də toy təşkil edənlər bir anşalma imzalayır. Hər iki tərəf qaydalara riayət etdiyini bəyan edir. 50 nəfərədək hər hansı vaksin olmadan belə birgə toplamaq imkanı yaradılır. Ancaq 50-150 arası mütləq şəkildə vaksinasiya pasportu olmalıdır. Kütələiv olduqda yayılma risqi çoxalır. Əks təqdirdə burada anlaşılmazlıq yarana bilər, probləmlər yaran bilər. Düşünürəm ki, hər kəs məsuliyyətlə yanaşmalıdır.

Toy etmək üçün tələsənlər, şadlıq evlərinin nümayəndələri, eləcə də qonaqlar cərimələnməmək üçün qaydalara əməl etməlidirlər. Əks təqdirdə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti nümayəndlərini məclislərində çağrılmamış qonaq kimi görəcəklər.

Elnur Vahidoğlu