• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2189
— 21.06.2021 20:04

Ermənistanın yeni hökumətindən gözləntilər

KepezTV Player

Ötən gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Müəyyən qədər gözlənilməz olsa da, Baş nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş razılaşması” partiyası böyük fərqlə seçkilərin qalibi oldu. Politoloqlar Kəpəz televiziyasına Ermənistanda keçirilən seçkilər və bundan sonrakı gözləntilər barədə danışıblar.

Seçkilərdə ümumilikdə 25 siyasi qüvvə iştirak edirdi - 21 partiya və 4 blok. Əsas mübarizə isə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş razılaşması” partiyası ilə keçmiş prezident Robert Koçaryanın rəhbəri olduğu “Ermənistan” bloku arasında gedirdi. Səslərin tam hesablanmasından sonra ölkədə böyük əksəriyyətin Paşinyanın partiyasına etimad göstərdiyi bəlli oldu – 53,92 faiz. Koçaryanın seçki bloku isə cəmi 21,04 faiz səs toplaya bildi. Politoloqların fikrincə, Paşinyanın qələbəsi proqnozlaşdırılsa da, bu dərəcədə üstünlük əldə etməsi gözlənilməz oldu.

Ermənistan tarixində ikinci növbədənkənar seçkilərin nəticələrinə əsasən, “Vətəndaş Razılaşması” Partiyası yeni seçilən parlamentdə 105 yerdən 72-nə sahib olub. Bu isə o deməkdir ki, Paşinyanın partiyası hökuməti təkbaşına formalaşdıracaq və yeni hökumətə özü rəhbərlik edəcək. O ki, qaldı Ermənistanın yeni hökumətindən gözləntilərə.

Ermənistan qanunvericiliyinə görə, parlamentdə təmsil olunmaq üçün siyasi bloklardan minimum 7, partiyalardan isə 5 faiz səs tələb olunur. Beləliklə, Ermənistanın yeni parlamentində 3 siyasi qüvvə təmsil olunacaq – “Vətəndaş razılaşması” 72, “Ermənistan” bloku 27, “Şərəfim var” bloku isə 6 mandatla. Seçkilərin nəticələri Ermənistan xalqının müharibəni deyil, sülhü seçməklə həqiqətləri anladığını, yeni hökumətin regionda yaranan geosiyasi imkanlardan maksimum faydalanacağını düşünməyə ümid verir.