• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 18.06.2021 15:04

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

KepezTV Player

Hadisə Bakı-Qazax magistral yolunun 425-ci km-də  rayonun Düz Qırıqlı ərazisindən keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı yük maşını ilə “QAZ 31” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər - "Hyundai"ın sürücüsü 25 yaşlı Ayxan İsmayılov, Qaz 31-in sürücüsü 37 yaşlı Mansur Rüstəmov və sərnisini Səbuhi Süleymanov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi   xəstəxanasına  yerləşdiriliblər. Hazırda xəstələrin vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.