KepezTV Player
Bir neçə nəfərin saxta yollarla əlillik dərəcəsi almaq cəhdi Vətən müharibəsi qazilərinin hüquqlarının pozulmasıdır.Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib ki,bu hüquqa malik olmayan şəxs əlillik hüququ almaq istəyirsə, bunun qarşısı alınacaq. Əlavə edib ki, Vətən müharibəsində əlil olan şəxslərin əlilliyi avtomatik olaraq təyin olunacaq. Hidayət Abdullayevin sözlərinə görə,Vətən müharibəsində yaralanan 70-ə yaxın hərbçimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müasir protezlərlə təmin edilib.
- Baxış: 409