Gəncədə “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin açılış mərasimi keçirilib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi layihə Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə layihə təşkilatçıları ilə yanaşı, Nizami yurdunda yerləşən 3 universitetin rektor və rəsmiləri iştirak ediblər. Regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. bu fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərinin birləşdirilməsinin vacibliyi vurğulanıb. Dövlət Agentliyi ilə universitetlər arasında əməkdaşlıq Memorandumu imzalanıb. Ali məktəblər bu istiqamətdə İnnovasiyalar Mərkəzinin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsi ilə əməkdaşlığa da başlayıblar.
- Baxış: 496