• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 10.06.2021 20:36

“Son zəng” tədbirləri məktəblərdə təşkil olunacaq

KepezTV Player

"Bu il məktəblərdə “Son zəng” tədbirləri məktəblərdə təşkil olunacaq". Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib. Nazirin sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilmişdi və müsbət cavab gəldi: "Yaxın günlərdə şərtlər elan ediləcək. Əslində şərtlər çox sadədir. Açıq havada keçiriləcək və müəyyən say məhdudiyyəti tətbiq olunacaq. Yəqin ki, 100-dən çox məzunu olan məktəblərdə bir neçə hissədən ibarət "Son zəng" tədbirlərinin keçirilməsi planlaşdırılır. Təbii ki, sosial məsafəyə riayət olunması tələb olunacaq" deyə nazir bildirib. Əlavə edib ki, bu il ümumtəhsil müəssisələrinin XI sinfini 84 mindən çox, IX sinfi isə 131 mindən çox şagird bitirir. Nazir həmçinin deyib ki, işə yeni qəbul olan müəllimlər 5 il sertifikasiya olmayacaqlar, yuxarı yaş həddində olan müəllimlər də yəqin ki, ilk mərhələdə sertifikatlaşdırmadan keçməyəcəklər.