KepezTV Player
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə "YAŞAT" Marafonun başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilir. YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib ki, Marafon çox uğurla həyata keçirilib. Onun sözlərinə görə, "YAŞAT" Marafonu ərəfəsində müxtəlif vasitələrdən 45 çağırış edilib. Bir aya yaxın davam edən marafonun məqsədi dünya azərbaycanlılarını bir yumruq altına birləşdirərək bizə zəfəri bağışlayan şəxslərə dəstək olmaq idi. "YAŞAT" Marafonu çərçivəsində 1 milyon manatdan artıq vəsait toplanıb. "YAŞAT" Marafonu çərçivəsində 1 milyon manatdan artıq vəsait toplanıb.
- Baxış: 381